ÇİNDƏ “BİR KƏMƏR, BİR YOL” TƏŞƏBÜSSÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Ali Səviyyəli toplantısı keçirilib. 

Çində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Ali Səviyyəli toplantısı keçirilib.

Bu haqda TİA.AZ-a Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat veriblər. Dünyanın iqtisadi güc mərkəzi sayılan Çin Xalq Respublikasında Komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Ali Səviyyəli toplantısı keçirilib. “Beynəlxalq münasibətlərdə Çinin rolu: “Bir Kəmər, Bir Yol” təşəbbüsünün perspektivləri” mövzusuna həsr olunmuş toplantıda beynəlxalq münasibətlərin gələcəyi, Çinin qlobal maliyyə sistemindəki rolu, Çinin qlobal idarəçilik və təhlükəsizliyə töhfəsi kimi məsələlər müzakirə olunub.

Toplantıda NGBM həmsədrləri – Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin və Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa, Türkiyənin sabiq Xarici işlər naziri Hikmət Çətin, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Çex Respublikasının sabiq Baş naziri Jan Fişer, Albaniyanın sabiq Prezidenti Rexhep Meydani, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku və başqaları iştirak edib.

Tədbirə, eyni zamanda Çinin Xarici ticarət və iqtisadi inkişaf naziri Gao Hucheng, Pekin Universitetinin prezidenti Lin Jianhua, Pekin Universitetinin vitse-prezidenti Vanq Jie, Pekin Universitetinin dekanı Vanq Donq, Çin Sosial Elmlər Akademiyası, Avropa Tədqiqatları İnstitutunun Baş direktoru Huanq Pinq, Çin Xalqının Siyasi Məşvərət Komitəsinin üzvü, Çinin Tsinxua Universitetinin dekanı David Li və başqaları qatılıb.

Ümumilikdə, toplantıda Çin Xalqının Siyasi Məşvərət Konfransı, Tsinxua Universiteti, Pekin Universiteti, Pekində yerləşən Schwarzman Kolleci (Blackstone Cooperation-un sahibinin təşkil etdiyi proqramdır), Milli Müdafiə Universiteti, Asiya Sakit Okeanda Təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə Çin Milli Komitə Şurası, Xarici Əlaqələr üzrə Çin Xalqlar İnstitutu, Çin İdarəçilik Akademiyası, Çin Sosial Elmlər Akademiyası, Çin-ABŞ münasibətləri üzrə İnstitut, Kornegi Asiya Proqramı, Beynəlxalq və Strateji Tədqiqatlar üzrə Çin Fondu, Çinin Milli İnkişaf və İslahat Komitəsi və digər qurumlar təmsil olunub.

Ali səviyyəli toplantıda Albaniya Respublikanın Prezidenti Buyar Nişani, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç və Makedoniya Respublikasının Prezidenti George İvanovun tədbir iştirakçılarına müraciəti oxunub.

Forum çərçivəsində Çinin qloballaşan dünyada, dünya iqtisadi sistemində, qlobal təhlükəsizliyin təminatında, qlobal idarəetmədə iştirakına, “Bir kəmər, bir yol” strategiyasına həsr olunan panel müzakirələr aparılıb. İclasda çıxış edən

Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev Çinin dünyada sülh, davamlı inkişafa verdiyi töhfələrdən, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Albaniyanın sabiq Prezidenti Rexhep Meydani, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç və Qırğız Respublikasının sabiq Baş naziri Djoomart Otorbaev “Bir Kəmər, Bir Yol” layihəsinin perspektivlərindən, Çex Respublikasının sabiq Baş naziri Jan Fişer Çinin beynəlxalq maliyyə sistemi və qlobal iqtisadiyyatda artan rolundan bəhs ediblər.




 

NGBM həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, İsmayıl Seragəldin öz çıxışında terrorizm və münaqişələrin artdığı bir dövrdə Çin liderlərinin sülh və inkişafa nail olmaq üçün aktiv fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

“21-ci əsrdə inkişaf prosesləri fonunda insanlar, planet və sülhə münasibətdə yeni inkişaf paradiqmasına ehtiyac var. Bu paradiqma hərtərəfli və davamlı olmalıdır. Bu sahədə Çinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edə bilər”-deyə, BMT Baş katibinin sabiq köməkçisi Noeleen Heyzer bildirib.


İLAHƏ