Çinin Şanxay şəhərindəki bir ticarət mərkəzində qadın müştərilər mağazaları gəzmək istəməyən yoldaşlarının gözləyəcəyi bir məkan yaradılıb.
Çinin Şanxay şəhərindəki bir ticarət mərkəzində qadın müştərilər mağazaları gəzmək istəməyən yoldaşlarının gözləyəcəyi bir məkan yaradılıb.
TİA.AZ “Sputnik Türkiyə”yə istinadən bildirir, hər bir kişi üçün içində stul və kompyuterin olduğu şüşə kabinet düzəldilib. Kompüterə 1990-cu illərin oyunları yüklənib. Xidmət ilk bir neçə ay pulsuz olacaq. Gələcəkdə isə həyat yoldaşlarını “əmanətə qoymaq” istəyən qadınlar ağıllı telefon vasitəsilə cüzi məbləğ ödəməlidir. Ancaq hələ rəqəm müəyyənləşdirilməyib.
Çinin The Paper qəzeti indidən xidmətdən istifadə edən kişilər arasında sorğu keçirib. Onlardan biri bu xidmətdən tam razı qaldığını bildirərək, “Sanki, yenidən məktəbə qayıtdım” – dedi. Digəri biri də bu fikri dəstəkləyib, ancaq kabinetdə ventilyasiya və məişət kondisionerlərinin yoxluğundan şikayət edib.
İlahə