Çində 60 min insan təxliyyə edildi

Çində 60 min insan təxliyyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin ən böyük əyaləti olan Quanqdonqda güclü yağışlar daşqınlara səbəb olub. Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, 60 min insan evlərindən təxliyə edilib. Dövlət mediası şiddətli fırtınalar nəticəsində 3 nəfərin öldüyünü, 11 nəfərin itkin düşdüyünü açıqlayıb.

Səlahiyyətlilər seldən zərər çəkmiş ən azı 60 min insanı evlərindən təxliyə edib.

Rekord yağışdan sonra Delta çayı ekstremal hava hadisələri nəticəsində yaranan daha böyük daşqınlara qarşı bölgənin müdafiəsi ilə bağlı narahatlıqları artırıb.