Bir çox cinayətlərdə ittiham edilən sabiq argentinalı general Lusiano Benjamin Menendez 90 yaşında dünyasını dəyişib.
TİA.AZ BBC-yə istinadən xəbər verir ki, sabiq general Kordobada müalicə olunduğu xəstəxanada ölüb.
Benjamin Menendez Argentinada İzabel Martinez de Peronunprezident olduğu dövrdə “Çirkli Müharibə”yə rəhbərlik etmiş, müxalif kommunistlərə qarşı aparılan qəddar əməliyyatlara rəhbərlik etmişdi. 30 min nəfərin öldürüldüyü bu dövrdə general, törətdiyi insan oğurluğu, qətl, işgəncə cinayətlərinə görə 12 dəfə ömürlük həbs cəzasına məruz qalmışdı.
General Corc Rafael Videlanın başçılığı ilə 1976-cı ildə baş tutan dövlət çevrilişindən sonra Menendezin cinayətkar fəaliyyətləri daha da genişlənmiş, daha çox insan qətlə yetirilmiş, işgəncə və zorlanmaya məruz qalmışdı.
Bəzi insan haqqları təşkilatları Menendezi kütləvi qətldə, yəni soyqırımda ittiham edir.