“Gedək üzü küləyə” mahnısı ilə məşhurlaşan Çinarə Məlikzadə Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli ilə duet ifa edib.
“Gedək üzü küləyə” mahnısı ilə məşhurlaşan Çinarə Məlikzadə Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli ilə duet ifa edib.
TİA.AZ xəbər verir ki, müğənnilər “Vurulmuşam” mahnısını birlikdə ifa ediblər. Bəstə həm türk, həm Azərbaycan dilində səsləndirilib.
“Vurulmuşam” Cecelinin “Simsiyah” albomunda yer alıb.
Qeyd edək ki, Çinarə bir müddət öncə “Vurulmuşam” mahnısını səsləndirərkən çəkilən videosunu sosial şəbəkədə bölüşmüşdü. Onun ifasını Türkiyənin bir neçə tanınmış siması paylaşaraq, bəyəndiklərini demişdilər.