“Çinar-AN” MTK-nı məhkəməyə verən sakinlər artır

“Çinar-AN” MTK-nı məhkəməyə verən sakinlər artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakinləri alqı-satqı müqaviləsi səbəbindən narazı salan və problem yaşayan “Çinar-AN” Mənzil Tikinti Kooperativi ilə bağlı daha bir vətəndaş məhkəməyə müraciət edib.

Tribunainfo.az xəbər verir ki, sakinləri narazı salan MTK ilə baölı məhkəmədə iddianı Abdul Rahim Hamidullah qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Iddiaçı MTK ilə alqı-satqı müqaviləsi və yaşayış sahəsinə görə problem yaşayır. Sakin aldadıldığını iddia edir.

Abşeron Rayon Məhkəməsində olan işə 22 iyul tarixində baxılacaq. İşə hakim Mirnəsir Mirhəsənli sədrlik edəcək.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar