Çin Xalq Bankı 1 illik kredit faiz dərəcəsini (LPR) 3,65 faizdən 3,55 faizə, 5 illik kredit faiz dərəcəsini isə 4,30 faizdən 4,20 faizə endirib.
Tribunainfo.az Haber Türk-ə istinadən xəbər verir ki, Çin iqtisadi göstəricilərdəki yavaşlama ilə yanaşı, siyasət faizinin endirilməsindən sonra kreditlər üçün istinad kimi qəbul edilən göstərici faiz dərəcələrini də aşağı salıb.
Çindəki 18 bankın PBoC-nin siyasət dərəcəsinə dair dividend hesabatları ilə müəyyən edilən LPR, 2019-cu ildən bəri ölkənin faktiki göstərici faiz dərəcəsidir.
Korporativ kreditlər üçün 1 illik kredit faizi, daşınmaz əmlak kreditləri üçün isə 5 illik kredit faizi göstərici hesab edilir.
İyunun 15-də bank 1 illik siyasət dərəcəsini (MLF) 10 əsas bənd azaldaraq 2,75 faizdən 2,65 faizə endirib.
Analitiklər qeyd edirlər ki, faiz dərəcələrinin aşağı salınması iqtisadiyyatın yavaşlamasına baxmayaraq, artımı təşviq edən siyasətlərdən xəbər verir.