Çin Xalq Bankının (PBOC, mərkəzi bank) qubernatoru Pan Qonqşeng illik “Financial Street Forum-2025” konfransında açıqlama verib.
Tribunainfo.az xəbər verir ki, PBOC açıq bazarda dövlət istiqrazlarının alışını və satışını bərpa edəcək.
Bu qərar, istiqraz bazarında yaranan tələb və təklif balanssızlığı, həmçinin bazar risklərinin toplanması səbəbindən bu ilin əvvəlində dövlət istiqrazlarının satışının dayandırılmasından sonra verilir.
Qubernatorun sözlərinə görə, hazırda istiqraz bazarının normal fəaliyyət göstərməsi nəzərə alınaraq, Mərkəzi Bank dövlət istiqrazlarının açıq bazar alqı-satqısını yenidən davam etdirəcək.
Fərda Uğur










