ABŞ-ın sanksiyalarından sonra İran neft satışını həyata keçirə bilmir. Tribunainfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumatda deyilir ki, bu səbəbdəndir ki, hazırda neftlə yüklü İran tankerləri okeanın ortasında qalıb. “Müştərilər nefti qəbul etməkdən imtina edirlər”.
Dünəndən etibarən isə İraq və Çin bankları İranlı iş adamları ilə işləməkdən imtina ediblər. Onlar iranlı iş adamlarının mal alqı-satqısı, pul köçürmələrini dayandırıblar. Bunun səbəbi kimi, ABŞ-ın sanksiyaları göstərilir.