Çin Tayvanla sülh yolu ilə birləşmək üçün geniş imkanlar yaratmağa hazırdır, lakin Tayvanın müstəqilliyinə yönəlmiş separatçı hərəkətlərə dözməyəcək. Tribunainfo.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Şurası yanında Tayvan məsələləri üzrə idarəsinin nümayəndəsi Çen Binxua məlumat verib.
Sinxua agentliyinin məlumatına görə, o, Tayvanın Demokratik Tərəqqi Partiyasının nümayəndələri Lai Jin-te və Xiao Bi-khimin Pekinin adaya hücum etmək üçün “cədvəli yoxdur” fikrini ifadə edən sözlərini şərh edib.
Çen, Çinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün qeyri-dinc vasitələrdən və digər zəruri tədbirlərdən istifadəni tələb edən qanunu xatırladıb.
“Vurğulamaq istəyirəm ki, Tayvanın müstəqilliyi müharibə deməkdir”.