“Çin Cənubi Qafqaz bölgəsinə olan marağını artırır və bu bölgəni Avropa İttifaqı bazarına çıxış üçün strateji qapı kimi görür”.
Tribunainfo.az xəbər verir ki, bu sözlər İranın “Tabnak” saytında dərc edilmiş məqalədəndir.
Yazıda qeyd edilir ki, avqustun 8-də Vaşinqtonda imzalanan TRIPP marşrutuna dair sazişi bölgədə təhlükəsizlik və nəqliyyat əlaqələrini dəyişmək potensialına malikdir. “Bu marşrut Azərbaycanı, onun Naxçıvan bölgəsi ilə birləşdirməyi hədəfləyir və bu Pekinin maraq dairəsinə daxil ola bilər”.
İran saytı yekunda qeyd edib ki, Pekinin hədəfi daha böyükdür. “Pekin Cənubi Qafqazda mövqeyini möhkəmləndirməklə yalnız Avropa ilə Asiya arasında ticarət körpüsü qurmur, eyni zamanda Qara dənizdə Rusiya və Qərb arasında gedən geosiyasi rəqabətdə yeni strateji üstünlük qazanır. Bu da İrana bölgədə yeni və güclü rəqibin ortaya çıxması deməkdir”.
Fərda Uğur