ÇİN PREZİDENTİNDƏN KRİTİK MOSKVA SƏYAHƏTİbackend

ÇİN PREZİDENTİNDƏN KRİTİK MOSKVA SƏYAHƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin prezidenti Si Cinpin gələn həftənin əvvəlində Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcək.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, Ukraynada müharibənin davam etdiyi bir vaxtda ediləcək səfər Pekindən Moskvaya “güclü dəstək” kimi şərh edilir.

Kremldən verilən açıqlamada bildirilib ki, Si Cinpin və Vladimir Putin səfər zamanı iki ölkə arasında “strateji əməkdaşlıq” imkanlarını müzakirə edəcəklər.

Bəyanatda bildirilirdi ki, Si Cinpinin Putinin dəvəti ilə martın 20-22-də Rusiyaya səfər edəcəyi bildirilir. İki ölkə arasında mövcud əməkdaşlığı dərinləşdirən bir sıra sazişlərin imzalanacağı da bildirilib.

Ukraynanın işğalından sonra Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən Qərb ölkələri də sanksiyaları pozmamaq üçün Çinə təzyiqlər edir. Ukraynaya təcavüzü açıq şəkildə pisləməyən Pekin indiyədək bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırmaqla kifayətlənib.