Çin “Mercedes GLS”nin oxşarını buraxıb. Söhbət “Beijing Auto B90” böyük krossoverindən gedir. Avtomobil “Mercedes-Benz” ilə əməkdaşlıq çərçivəsində istehsal edilib.
Çin “Mercedes GLS”nin oxşarını buraxıb. Söhbət “Beijing Auto B90” böyük krossoverindən gedir. Avtomobil “Mercedes-Benz” ilə əməkdaşlıq çərçivəsində istehsal edilib.
7 yerlik iri ölçülü avtomobil xüsusiyyətlərinə görə “Mercedes GLS”ni təkrarlayır. Bununla belə, “Beijing Auto” Daimler”lə uzun müddətdir ki, əməkdaşlıq edir və oxşar modellərin istehsalı üçün lisenziya əldə edib.
“Beijing Auto B90” alman donorundan yalnız gövdə elementləri və təhcizatına görə fərqlənir. “Beijing Auto B90”nın güclü mühərriki “Mercedes GLS”yə tanışdır. Avtomobil 333 at gücündə 3.0l həcmli V6 mühərriklə və 420 at gücündə 4.0 l həcmli V8 mühhəriklə təhciz edilib. Hər iki versiya 4×4 çəkimlidir və 7 pilləli avtomat transmissiya ilə təhciz edilib.
Təhcizatının zənginliyi ilə seçilən krossover Çində 125 min dollara təklif edilir. Avtomobilin salonu dəri və ağac işləmələrdən yığılıb. Avtomobilin təhcizatına klimant-kontrol, elektron oturacaqlar və böyük multimedia monitoru daxil edilib.Avtomobilin 6 və 7 oturacaqlı iki versiyasını sifariş etmək mümkündür.
Məsələ ilə bağlı “Mercedes Benz”in Azərbaycandakı rəsmi distribütoru “Avtokapital” şirkətinin rəhbəri Eldəniz Quliyev fins.az-a münasibət bildirib. Onun sözlərinə görə, Çin nə qədər “Mercedes”in oxşarını buraxsa da, həmin avtomobillər heç vaxt “Mercedes” ola bilməz:”Avtomobilin salonuna baxanda, salonun iyini hiss edəndə kefiyyət fərqi hiss olunur. Oturacaqların dəri üzlüyünə toxunanda artıq məlum olur ki, bu hansı materialdan hazırlanıb”.