Çin maşınları Bakıda qaydanı belə pozur – Video

Çin maşınları Bakıda qaydanı belə pozur – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Şəhər ərazisində yerləşən AYNA avtomobil dayanacağında Çin istehsalı avtomobillərin uzun müddət park edildiyi, üstəlik bir çox maşının nömrəsinin olmadığı müəyyən edilib.

Tribunainfo.az-ın xəbərinə görə, şikayətçi iddia edir ki, satış üçün düzüldüyü bildirilən həmin avtomobillər günlərlə, hətta həftələrlə ərazidə qalır.

“Həmin parkinq yerində isə, adi vətəndaşlar 10 dəqiqə maşın saxladıqda, dərhal 20 AZN cərimə olunurlar”.

Sakin AYNA rəhbərliyinin vəziyyətə reaksiya vermədiyini bildirib.

Dayanacaqda nəzarətin zəif olduğu və qaydaların ayrı-seçkilik edilərək tətbiq olunduğu iddia olunur.

Hadisə ilə bağlı Tribunainfo.az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirib ki, “məsələ araşdırılır. Cavab olan kimi təqdim edəcəm”.

Dəniz Pənahova