İsrailin Qəzzaya qeyri-insani hücumlarının davam etdiyi bu günlərdə Çindən maraqlı xəbərlər gəlib. Məşhur Çin rəqəmsal xəritə tətbiqləri İsrailin adını və bayrağını platformalarından silib. Digər ölkələrin adlarını ehtiva edən xəritələrdə İsraillə bağlı axtarışlar nəticəsizdir.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Çin Baidu və Gaode kimi xəritəçəkmə proqramlarında bütün ölkələr öz adları və bayraqları ilə göstərilib.
Oxşar vəziyyət xəritəyə mobil telefon vasitəsilə daxil olarkən də müşahidə olunub.
Məsələ ilə bağlı şirkətlərdən heç bir açıqlama verilməyib.