ÇİN DÜNYANIN İLK METANLA İŞLƏYƏN RAKETİNİ KOSMOSA BURAXDI

ÇİN DÜNYANIN İLK METANLA İŞLƏYƏN RAKETİNİ KOSMOSA BURAXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin LandSpace şirkəti tərəfindən hazırlanmış dünyanın ilk metan və maye oksigenlə işləyən “Zhuque-2” raketi uğurla kosmosa göndərilib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Qobi səhrasındakı Jiuquan peyk buraxılış mərkəzindən buraxılan Zhuque-2, faydalı yükünü Günəşlə sinxron orbitə uğurla çıxaran ilk metanla işləyən raket oldu.

Yanacaq kimi maye metan, oksidləşdirici kimi maye oksigeni istifadə edən raket aşağı orbit üçün 6 ton, günəşlə sinxron orbit üçün isə 4 ton daşıma qabiliyyətinə malikdir.

Raketin uzunluğu 49,5, diametri isə 3,35-dir.