Çin enerji bazarında dollar istifadəsindən imtina edir.
Çin bir müddət əvvəl neft bazarında standart müddətli birja müqaviləsinin ( fyuçers) alğı-satqısını dollarla deyil, öz milli valyutası olan yuanla həyata keçirilməsinə hazırlaşdığını bəyan edib.
Minval.İnfo xəbər verir ki, Pekin rəsmiləri açıqlayıblar ki, Çin hazırda dünyanın ən böyük enerji tərəfdaşıdır və fyuçers bazarında xarici valyutadan istifadəyə heç bir iqtisadi əsas yoxdur.
Bu açıqlama xarici investorlar arasında böyük marağa səbəb olub. Hətta bazarın ilk günü “Brend” markalı neftin fyuçers satışında analojı hadisə yaşanıb. Hazırki vəziyyət üçün yuanla fyuçers alan ilk 400 yerli və xarici investorlar dünya bazarının ən böyük treyderlərinə çevrilib.
Birinci sessiya üçün 62 milyon barel, uyğun olaraq 27 milyard yuan və yaxud 4 milyard dollarlıq müqavilə imzalanıb. Əsas məqsəd yuanı dünyanın ən böyük rezerv valyutasına çevirməkdir.
Çinin neft bazarı özünə məxsus milli xüsusiyyətlərə malikdir. Məsələn, neft bazarında qiymətlərin artım və azalma səviyyəsində 5 faizdən daha artıq dəyişməsinə imkan vermirlər.
Bununla bazarda spekulyatorların risk seviyyəsini azaldır və süni “köpüklərin” qarşısını alır. Ekspertlərin rəyinə görə, yeni Yuanla maliyyəşən neft bazarı Çin və eləcə də Asiya neft bazarı üçün böyük keçiddir və artıq neft və valyuta bazarında əsas məsələlərdən birinə çevrilib.
Çinin neft bazarında alğı payı 14 faizdir və gələcəkdə neft bazarının, habelə neft avadınlığı və qurğularının yuanla alğı-satqısı haqqında danışmaq tezdir. Ekspertlərin fikrincə yuan bazarda öz alıcı sayını artıracaq və əvvəlki kimi Asiyada əsas valyuta olacaq. Lakin treyderlər qiymətləri dollarla hesablayacaqlar. Bu hal Pekinin yuanın kursunu zəiflədəcəyi vaxta qədər davam edəcək.