Çində legioner futbolçulara qoyulan limit sərtləşdirilib.
Çində legioner futbolçulara qoyulan limit sərtləşdirilib.
“Report”un məlumatına görə, bu barədə yerli federasiya ölkədə futbolun inkişafı naminə qərar qəbul edib.
Yeni qərara əsasən, 2017-ci ildən Çin klubları meydana maksimum 3 əcnəbi oyunçu buraxa biləcəklər. Ötən mövsüm start heyətdə 4, “18-lik”də isə 5 legioner yer alırdı. Habelə, klublar ilk “11-lik”də 23 yaşadək 1 çinli oyunçuya şans verə bilərlər.
Qeyd edək ki, son zamanlar Çin klubları heyətlərinə dünyanın məşhur futbolçularını yüksək məbləğə cəlb edirlər.