ÇİN BAYDENİN HƏDƏFİNDƏ… ÇİNİ DURDURMAQ MÜMKÜN OLACAQMI…?backend

ÇİN BAYDENİN HƏDƏFİNDƏ… ÇİNİ DURDURMAQ MÜMKÜN OLACAQMI…?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden siyasi fəallığını artırıb. Ağ Ev sahibi bu ay Konqresdə çıxış edərək, amerikalıları narahat edən mövzular barədə fikirlərini bildirib. Bayden çıxışının əsas hissəsini daxili problemlərə həsr edib. Bayden inflyasiya ilə mübarizənin vacib olduğunu söyləyib. Co Bayden Amerikada yanacağın qiymətinin yüksək olmasını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Bayden xarici təhlükələrdən danışarkən Çinə daha çox vaxt ayırıb:

“Onun çıxışında Rusiya-Ukrayna müharibəsi Çin təhlükəsi qədər yer almayıb. Buna baxmayaraq, Bayden Ukrayna qələbə qazana qədər Kiyevi dəstəkləyəcəyini bildirib. Təsadüfi deyil ki, Baydenin Konqresdəki çıxışına dinləmək üçün Ukraynanın ABŞ-dakı səfiri parlamentə dəvətli idi. Bayden bu mövzunun davamı kimi Kiyevə səfər edib Ukraynaya dəstəyini artıracağını bildirdi”.

Politoloq qeyd edib ki, Baydeni Çinin artan qüdrəti narahat edir:

“Bayden deyib ki, Çin iqtisadi və hərbi gücünü o Ağ Evə gəlməmişdən əvvəl gücləndirib. Yəni Baydenin sözlərindən belə çıxır ki, guya o Ağ Evdə daha əvvəl olsaydı, Çinin gücünün artmasına mane olardı. Halbuki, ondan əvvəlki prezident Donald Tramp Çinə qarşı mübarizədə Baydendən daha sərt addımlar atmışdı. Tramp Çinə qarşı sanksiyalar tətbiqini gücləndirmişdi.

Buna baxmayaraq, Bayden Çinin ABŞ-ı üstələməyəcəyini bildirib. Onun bu sözləri Konqresdə həm demokratlar, həm də respublikaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı. Ancaq Çini durdurmaq çətin vəzifədir”.

Tribunainfo.az