Çin istehsalı olan BYD avtomobil satıcısı “BYD Motors Baku” MMC cərimələnə bilər. Gömrük qaydalarını pozan “BYD Motors Baku” şirkəti il nin sabah məhə bağlı sabah daha bir işə baxılacaq.
Tribunainfo.az xəbər verir ki, “BYD Motors Baku” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“BYD Motors Baku” MMC ilə bağlı işə Səbail rayon Məhkəməsində baxılır. 5 fevral tarixində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə proses keçiriləcək.
Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Anar Məlikov Əli oğludur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən