Çin açılış mərasimində məşəli uyğur xizəkçiyə tapşırdı, ABŞ reaksiya verdi

Çin açılış mərasimində məşəli uyğur xizəkçiyə tapşırdı, ABŞ reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qış Olimpiuya Oyunlarının açılış mərasimində olimpiya məşəlini yandırmaq üçün uyğur xizəkçisi Dinigeer Yilamujiangı seçməklə Çin beynəlxalq ictimaiyyətin diqqətini Çinin Sincan-Uyğur bölgəsindəki uyğurlar və digər etnik azlıqların problemindən yayındırmaq istəyir.
TİA.AZ xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
Qrinfild CNN telekanalına deyib ki, bu seçim “əsl problemdən, uyğurların işgəncələrə məruz qalmasından, uyğurların insan hüquqlarının pozulmasının qurbanı olmasından diqqəti yayındırmaq cəhdi idi”. Diplomat vurğulayıb ki, “bunun şahidi olan” tamaşaçılar “Çində insanlığa qarşı cinayətlərin törədildiyini” başa düşməlidirlər.
Xatırladaq ki, ABŞ ardıcıl olaraq Çin hakimiyyətini Sincan uyğurlarına qarşı repressiya və təqiblərdə ittiham edir. Bununla əlaqədar Vaşinqton Sincandan malların idxalına qadağa qoyub və onların məcburi əmək tətbiqi ilə istehsal edildiyini bildirib. Bundan əlavə, məhz Sincanda insan haqlarının pozulmasına görə ABŞ və onun ən yaxın müttəfiqləri Britaniya, Avstraliya və Kanada Pekin Olimpiadasının açılışına ölkələrin rəsmi nümayəndələrindən ibarət nümayəndə heyətlərini göndərmədən Oyunlara “diplomatik boykot” elan ediblər.