Çinin Ticarət Nazirliyi ABŞ-ın Çinə və digər beynəlxalq tərəfdaşlara qarşı təhdidlərini “psixoloji terror” adlandırıb.
TİA.AZ-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, nazirliyin rəsmi nümayəndəsi Qao Fen bildirib ki, ABŞ tərəfindən idxal rüsumlarının qaldırılması dünyada istehlak zəncirinə zərər yetirər.
O əlavə edib ki, rüsumlar ABŞ kapitalı olan şirkətlərə də ziyan vuracaq.