Çimərlikdə batmamaq üçün buna diqqət edin — EKSPERT

Çimərlikdə batmamaq üçün buna diqqət edin — EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çimərlikdə üzə bilənlər də batır üzə bilməyənlər də. Ümumiyyətlə dünya praktikasında bu təhlükəsizlik necə həyata keçirilir. Batma səviyyəsinin statistikası varmı? Qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhl üzrə ekspert Elmar Nurəliyev bildirib ki, çimərlikdə təhlükəsizlik məsələsinə ciddi yanaşmaq lazımdır. Ümumiyyətlə çimərliyə gedərkən ilk növbədə hava şəraiti nəzərə alınmalıdır.

E. Nurəliyevin sözlərinə görə, əlverişsiz hava şəraitində çimərliyə getmək olmaz. Əlverişsiz hava şəraiti dedikdə günün qaranlıq saatı, küləyin saniyədə 10-12 metri keçərsə çimərliyə getmək olmaz.

Ekspert vurğulayıb ki, həmçinin çimərliyi də düzgün seçmək lazımdır. Yəni, fəaliyyətinə icazə verilən yerlərə getmək lazımdır. Çünki icazəli yerlərdə xilasetmə xidməti fəaliyyət göstərir. Təbii ki, xilasetmə xidmətinin fəaliyyət göstərdiyi çimərliklər daha təhlükəsiz çimərliklərdir. Çünki hər il FHN-nin kiçikhəcmli gəmilərə nəzarət, sularda xilasetmə dövlət xidmətinin xilasediciləri tərəfindən yüzlərlə boğulma təhlükəsilə üzləşən şəxslər xilas edilərək həyata qaytarılır. Bu da bir daha insanların xilasetmə olan çimərliklərə getməsini daha təhlükəsiz hesab edir.

“Ümumiyyətlə çimərlik mövsümü başlamamışdan öncə aidiyyatı üzrə müvafiq qurumlar tərəfindən çimərlik ərazilərinə baxışlar keçirilir. Bu da suyunun dibinin akvatoriyasından tutmuş, sualtı relyef, sualtı axınları, yarğanlar, suyun fiziki, bioloji, kimyəvi xassələri, sanitar normaları, insanların həyat və sağlamlığı üçün hər hansı bir təhlükə riski yoxdursa, ondan sonra çimərliyə icazə verilir. FHN və xilasetmə qurumlarının hesabatlarında onların nəzarət etdiyi çimərliklərdə 1 nəfər də olsun boğulma halı qeydə alınmayıb. Bu da bir daha onu deməyə əsas verir ki, bu çimərliklər daha təhlükəsizdir. Ona görə də bu amilə ciddi diqqət etmək lazımdır.
Bütün dünyada bununla mübarizə aparılır. Hər il dünyada dörd yüz minə yaxın insan suda boğuluraraq həyatlarını itirir. Bu tək çimərlik əraziləri, Dəniz sahili yox, su anbarları, kanallar, çaylar, göllər, arxlar, çimmək üçün nəzərdə tutulmayan su hövzələrində çimmək birmənalı olaraq yolverilməzdir.
Eyni zamanda daş-qaya üstünə çıxıb suya baş vurmaq da təhlükəlidir”.

Dəniz Pənahova