Türkiyədə “Çılğın dondurmaçı” ləqəbi ilə tanınan dondurma satan sosial şəbəkələrin fenomeninə çevrilib.
BAKU.WS xəbər verir ki, uzun illərdir dondurma satan Mehmet Dinç adlı şəxs gördüyü işi daha rəngarəng etmək qərarına gəlib.
O, dondurma satmağı əyləncəli etmək üçün müştəriləri ilə mahnı oxuyaraq rəqs edir. Turizm mərkəzlərindən olan Antalyada otellərin yerləşdiyi bölgədə yerli və xarici turistlərə dondurma satan Mehmet bu şousu ilə qısa müddətdə populyarlıq qazanıb.
Fenomenin əyləncəli görüntüləri feysbuk, instaqram, tik-tok, yutub kimi sosial platformalarda paylaşılaraq trend olub. Mehmet Dinçin türk və ərəb dillərində səsləndirdiyi mahnısı “Ürəyimsən” adlanır.
Qeyd edək ki, fenomenin yutub sosial platformasındakı videoları 75 milyon, tik-tok sosial şəbəkəsində isə sadəcə bir videosu 15 milyondan çox izlənilib.