Çia toxumunu bu şəkildə yedi, bağırsaqları tutuldu

Çia toxumunu bu şəkildə yedi, bağırsaqları tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislərin fikrincə, quru çia toxumlarının istehlakı bağırsaq tıxanmasına səbəb olur. Bununla belə, bir çox insan sağlamlıq faydaları üçün çia toxumlarını istehlak edir. Çia toxumlarının bilmədiyiniz bəzi təsirləri və düzgün istehlak alternativləri var.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Çia toxumları uzun müddətdir həzm sistemini yaxşılaşdırmaq üçün məşhur bir qidadır. Xalq arasında “super qida” kimi tanınan çia toxumu yanlış istehlak edildikdə bağırsaq problemlərinə səbəb ola bilər.

Dr. Vendi Lebrett sosial media hesabında toxumların həzm sisteminə ilişib riskli vəziyyətə səbəb ola biləcəyini paylaşıb. O, bildirib ki, çia toxumunu quru halda istehlak etmək sağlamlığa müxtəlif zərərlər verə bilər.

Dehidrasiya bağırsaq tıxanması riskini də artıra bilər, çünki nəcisin yumşaldılması üçün bağırsaqlar qida tullantılarından suyu udmalıdır. Əks təqdirdə, həzm sisteminizdə qalın və topaqlı bir çöküntü böyüməyə başlaya bilər.