Türkiyə Cümhuriyyət və Xalq Partiyası (CHP) 23 iyunda keçiriləcək İstanbul bələdiyyə seçkilərində iştirak edəcək.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə CHP lideri Kamal Kılıçdaroğlu NTV kanalına açıqlama verib. Kılıçdaroğlunun sözlərinə görə, İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlunun mandatının ləğvi ilə əlaqədar partiyada iclas keçirilib. Kamal Kılıçdaroğlu, CHP-nin İstanbul üzrə təşkilat sədri Canan Kaftancıoğlu və deputatların iştirakı ilə keçirilən iclasda seçkinin boykot edilməməsi barədə qərar qəbul edilib. Partiya 23 iyunda baş tutacaq 2-ci seçkilərdə öz namizədi ilə mübarizə aparacaq.
Qeyd edək ki, Türkiyədə 31 martda bələdiyyə seçkiləri keçirilib. CHP üzvü Əkrəm İmamoğlu 13 min 729 səs fərqli ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırıma qalib gəlib və 17 apreldə mandat təqdim edilib. Türkiyə Ali Seçki Komissiyasının ötən gün qəbul etdiyi qərara əsasən seçki etibarsız elan edilib və 23 iyuna 2-ci səsvermə təyin edilib.