İstanbul məhkəməsi Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul vilayəti üzrə keçirilən qurultayının nəticələri etibarsız sayılıb.
Tribunainfo.az bu barədə TRT kanalına istinadən xəbər verir.
Məhkəmənin qərarına əsasən, partiyanın İstanbul üzrə təşkilatının sədri Özgür Çelik və hazırkı idarə heyəti vəzifədən uzaqlaşdırılıb. Onların yerinə müvəqqəti olaraq 5 nəfərlik idarə heyəti təyin olunub. Yeni heyətin tərkibində partiyanın tanınmış simalarından biri olan Gürsel Tekin də yer alıb.