Türkiyədə ana müxalifət partiyası fövqəladə qurultay keçirəcək.
Tribunainfo.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl bildirib.
Özgür Özəl partiyaya qəyyum təyin edilməməsi üçün aprelin 6-da növbədənkənar qurultay keçirəcəklərini bildirib:
“Başkan olaraq nizamnaməmizlə mənə verilən səlahiyyətə əsasən, 15 gün müddətinə Fövqəladə Qurultay keçirməyə qərar verdik və partiyanı fövqəladə konqresə çıxararaq hər hansı qəyyum cəhdinin qarşısını aldığımızı bütün Türkiyəyə bəyan edirik”.