CHP 35, AKP 24 şəhərdə qalib gəlib

CHP 35, AKP 24 şəhərdə qalib gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, dünən Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Hazırda seçki qutularının 99,99 faizi açılıb.

 Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Ali Seçki Komissiyasının rəhbəri Ahmet Yener açıqlayıb.

O bildirib ki, ən son nəticələrə əsasən, Cümhuriyyət Xalq Partiyasının namizədləri (CHP) 35, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) isə 24 şəhərdə qalib gəlib. Bununla yanaşı, DEM partiyası 10, MHP 8, Yeniden Refah Partiyası 2, BBP 1, İYİ Partiyası isə 1 bələdiyyə sədrliyi qazanıb.

Onun sözlərinə görə, seçkilərdə seçici fəallığı 78 faiz təşkil edib.