“Chenguo Construction” 20 min manat cərimələndi – Fəhlə xəsarət alıb…

“Chenguo Construction” 20 min manat cərimələndi – Fəhlə xəsarət alıb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Chenguo Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.

Qaynarinfo-nun məlumaına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə protokol tərtib olnub və iş məhkəməyə göndərilib.

Aparılan araşdırma zamanı məlum olub ki, A.K. adlı şəxs fəhlə kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunub və iş yerində xəsarət alıb.

Məhkəmənin hökmü ilə “Chenguo Construction” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və şirkət rəhbəri 20 min manat cərimə edilib.

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan, 2023.09.14-cü il tarixində təsis edilən, hüquqi ünvanı Suraxanı rayonu, Samir Əliyev ev 264-də yerləşən “Chenguo Construction” MMC-nun qanuni təmsilçisi Umbayev İlqar Əbdüləziz oğludur.