Gün ərzində “ChatGPT”-yə müxtəlif mövzularda suallar ünvanlanır, insanlar öz dərdlərini süni intellektə danışır. Artıq bir çox insan özünə maraqlı sualın cavabını tapmaq üçün geniş araşdırmalar etmir.
Tribunainfo.az xəbər verir ki, əvəzində “ChatGPT”-yə sualı ünvanlayır. Süni intellekt isə ona qısa və aydın cavabı verir.
Bəs maraqlıdır ki, “ChatGPT”-yə ünvanlanan suallar arasında ən mənasız və absürd suallar nələr olub?
Bununla bağlı “ChatGPT”nin özünə sual ünvanladıq. O isə cavabında bildirdi ki, ona bu zamana qədər verilən absurd suallar arasında ilk növbədə “1 kq pambıqla 1 kq dəmirin hansı daha ağırdır?” sualı gəlir.
“ChatGPT” deyir ki, bu sual ona tez-tez verilir.
Verilən digər absurd suallar isə bunlardır:
– “Qarpızın içini boşaltsam, qabığında başqa meyvə yetişə bilərmi?”
– “Kompüter yorulanda yatmağa gedirmi?”
– “Dinozavrlar Wi-Fİ istifadə edirdi?”
– “Sən öz-özünə sual verib, cavab verirsən?”
– “İnəklər də “Coca-Cola” içsə, südün dadı dəyişər?”
Qeyd edəki ki “ChatGPT” və oxşar modellər cavab verdikləri hər 20-50 sual üçün təxminən yarım litr su sərf edirlər. Yəni yuxarıda qeyd edilən suallara görə də su israf edilib.
Bizim.Media