“ChatGPT”nin işində problem yarandı

“ChatGPT”nin işində problem yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Süni intellekt əsaslı “ChatGPT” çat-botunun istifadəçiləri onun fəaliyyətində nasazlıqların yarandığını bildiriblər.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Downdetector” saytı məlumat yayıb.

Məlumata görə, problemlərlə əsasən ABŞ-dən olan istifadəçilər üzləşiblər – orada 1200 nəfər xidmətdə fasilələrlə rastlaşıb. Həmçinin Niderland, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Kanada, Yaponiya, İspaniya və digər ölkələrdən olan istifadəçilər də nasazlıqlar barədə məlumat veriblər.

Bildirilir ki, bəzi istifadəçilər OpenAI saytının da işində problemlər olduğunu bildiriblər.

Bundan əvvəl OpenAI şirkətinin “ChatGPT”nin pulsuz istifadəçiləri üçün GPT-4o əsaslı yeni süni intellekt təsvir redaktorunun buraxılışını yüksək tələbat səbəbindən təxirə saldığı bildirilmişdi.

Şirkətin həmtəsisçisi Sem Altmanın sözlərinə görə, qərar gözlənilmədən yüksək populyarlıq qazanan şəkil yaratma funksiyası ilə əlaqədardır. O etiraf edib ki, ChatGPT-də təsvir generasiyası proqnozlaşdırılandan daha çox tələb olunub.

İqtisadiyyat.az