ChatGPT-nin ən yaxşı ödənişli funksiyalarından biri artıq hamı üçün pulsuz oldu

ChatGPT-nin ən yaxşı ödənişli funksiyalarından biri artıq hamı üçün pulsuz oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

OpenAI daha əvvəl yalnız ödənişli abunəçilərə təqdim etdiyi “Layihələr” (Projects) funksiyasını bütün istifadəçilər üçün açdı.

Tribunainfo.az xəbər verir ki, bu seçim sayəsində süni intellektlə aparılan söhbətləri qovluqlar üzrə təşkil etmək mümkün olacaq.

“Layihələr” bölməsi sol menyuda yerləşir. Burada köhnə söhbətləri qovluqlara köçürmək, yeni layihələr yaratmaq, ad vermək və hətta “Google Disk”dən fayl yükləmək mümkündür. Həmçinin hər layihə üçün ayrıca təlimatlar yazaraq ChatGPT-nin cavab üslubunu müəyyənləşdirmək olar.

Funksiya artıq veb versiyada və Windows, macOS, Android tətbiqlərində işləyir. iOS üçün isə yaxın günlərdə istifadəyə veriləcək.

Qeyd edək ki, “Layihələr” analoji şəkildə 2025-ci ilin aprelində Grok-da da istifadəyə verilmişdi. Claude platformasında isə bu funksiya yalnız ödənişli tariflərdə mövcuddur.

Xatırladaq ki, OpenAI avqustda GPT-5 modelini təqdim edib və şirkət bunu “dünyanın ən güclü dil modeli” adlandırıb.

İmran Kərimli