“Changan” avtomobil satıcısı “Azərbaycan Avtomobil Evi” cərimə edildibackend

“Changan” avtomobil satıcısı “Azərbaycan Avtomobil Evi” cərimə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin “Changan” avtomobillərinin rəsmi satışını həyata keçirən “Azərbaycan Avtomobil Evi” MMC cərimələnib.

Tribunainfo.az xəbər verir ki, MMC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“Azərbaycan Avtomobil Evi” ilə bağlı iş baxılması üçün Nizami rayon məhkəməsinə göndərilib. 23 noyabr tarixində hakim Mətanət Hacıyevanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, cərimələnən MMC “SR Group Co.” MMC-nin törəmə şirkətidir. “Azərbaycan Avtomobil Evi” ölkədə “Changan” avtomobillərinin satışını həyata keçirir. MMC-nin rəhbəri Orxan Bayramovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar