“Cəzasızlıq mühitində anlayışı olmayan sürücü də çox rahatlıqla adam öldürür”

“Cəzasızlıq mühitində anlayışı olmayan sürücü də çox rahatlıqla adam öldürür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Binədəki  məlum avtobus qəzasında sonra daha iki avtobus qəzası baş verdi və hər iki hadisə piyada ölümü ilə nəticələndi. Görünən odur ki, baş verən qəzalar bir-iki gün sosial şəbəkələrdə müzakirə olunduqdan sonra arxa plana keçir və yenə də sərnişin həyatı sürücülərimiz üçün əhəmiyyət kəsb etmir.
Moderator.az-a açıqlamasında hüquqşunas, nəqliyyat eksperti Ərşad Hüseynov həmişə olduğu kimi, bu dəfə də nəqliyyat sahəsindəki çatışmazlıqlarımıza toxundu:
“Doğrudan da bu günki gün üçün ictimai nəqliyyatda Bakı şəhərində və respubikamızın hər bir yerində çox ciddi intizam problemi var. Bunun da iki əsas səbəbi var: Birinci səbəb odur ki, D kateqoriyalı avtobus sürücülərinin hazırlıq səviyyəsi, peşəkarlığı orta hesabla normal deyil. Bu adamlar hələ də elə bilirlər ki, sürətlə avtobus idarə etməklə hər şeyi bilirlər. Bu belə deyil, yol hərəkəti təhlükəsizliyi tamam başqa şeylərdir. Məsələn, bizim ölkəmizdə qanunda yazılıb ki, heç bir avtobus saatda 90 klometrdən artıq sürətlə hərəkət edə bilməz. Amma bu gün rayonlarımıza gedən avtobuslar saatda 150 klometr sürətlə hərəkət edirlər. Bu o deməkdir ki, sürücünün yol hərəkəti təhlükəsizliyi barədə anlayışı yoxdur. Bakıda da həmin vəziyyətdir. Məsələn, paytaxta orta statistik sürücü içərisində 90-100 nəfər olan avtobusa əyləşərək onu VAZ 2107 ilə dəyişik salır.
İkinci problem isə odur ki, bəzi təşkilatlar öz sürücülərini himayə edirlər və görünən odur ki, buna da nail ola bilirlər. “Get mənim üçün pul qazan, narahat olma arxandayam” ideyası ilə sahibkarlar sürücüləri işlədirlər. Bunun qarşısı alınmalıdır. Çünki bu cəzasızlıq mühiti yaradır və həmin cəzasızlıq mühitində anlayışı olmayan sürücü də çox rahatlıqla adam öldürür”.