“Ceyş əl-Fəth” qruplaşması Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin onlar tərəfindən həyata keçirilməsi haqda xəbərləri təkzib edib.
“Ceyş əl-Fəth” qruplaşması Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin onlar tərəfindən həyata keçirilməsi haqda xəbərləri təkzib edib.
TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma onların adından saxta məlumatın yayıldığını və Karlovun qətlində əllərinin olmadığını bəyan edib.
Qeyd edək ki, bu gün bir sıra xarici KİV-lər “Ceyş əl-Fəth” təşkilatının Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürdüyünü yazmışdı.
Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada öldürülüb. Onu 22 yaşlı keçmiş polis işçisi Mövlud Mert tapançadan açdığı atəşlə qətlə yetirib.