Ceyhun Salmanovun rəhbərlik etdiyi reabilitasiya mərkəzi barəsində protokol tərtib edildibackend

Ceyhun Salmanovun rəhbərlik etdiyi reabilitasiya mərkəzi barəsində protokol tərtib edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyevin icraatındadır.

Qeyd: Mərkəzin rəhbəri Ceyhun Salmanovdur.