Çexiya lideri Putinin planlarını açıqladı

Çexiya lideri Putinin planlarını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çexiya prezidenti Petr Pavel hesab edir ki, 2024-cü ilin martında keçiriləcək prezident seçkilərində mümkün qələbədən sonra Rusiya dövlət başçısı Vladimir Putin ən azı bütün Donbas ərazisinə nəzarət etməyə çalışacaq.
Tribunainfo.az “MK”-ya istinadla xəbər verir ki, Çexiya lideri Ukraynanın 1991-ci il sərhədləri daxilində əraziyə tam nəzarəti bərpa etmək istəyəcəyini bildirib. Çex Radiosunun məlumatına görə, Ukraynadakı hərbi münaqişə “tezliklə bitməyəcək”. Çünki Pavelin fikrincə, həm Rusiya, həm də Ukrayna “məqsədlərinə çatmaq iqtidarında deyil”.
Çexiya dövlət başçısı etiraf edib ki, Rusiya Federasiyası indi ayda 150 tank və yüz minlərlə sursat istehsal etməyə qadir olan hərbi sənayeni səfərbər edə bilib. O, qeyd edib ki, Aİ ölkələri bu müddət ərzində bir dənə də olsun, tank istehsal etməyib.
Eyni zamanda, Pavel Rusiya ilə NATO arasında birbaşa münaqişə olacağını inandırıcı saymır.