Çex mafiozlar insanları Britaniyada necə qula çeviriblər? – “McDonald’s”da işlədiliblər…backend

Çex mafiozlar insanları Britaniyada necə qula çeviriblər? – “McDonald’s”da işlədiliblər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“British McDonald’s” illərdir ki, bəzi işçilərinin köləlik şəraitində olduğunu və həftədə 70-100 saat işlədiyini fərq etmir.
Tribunainfo.az xəbər verir ki, bu barədə BBC yazıb.
Kütləvi istismar faktları hələ 2019-cu ildə üzə çıxıb, lakin bu işin təfərrüatları ictimaiyyətə yalnız indi açıqlanıb. Məlum olub ki, korporasiya köləliyin tanınmış əlamətlərinə, o cümlədən bir neçə nəfərin maaşının bir bank hesabına ödənilməsinə laqeyd yanaşıb və ya qəsdən göz yumub.
İstintaq zamanı məlum olub ki, 10 nəfər “McDonald’s”ın Kembricşir ştatının Caxton şəhərindəki filialında təxminən 4 il işləməyə məcbur edilib. Ernest və Zdenek Drevenak qardaşları qurbanlarının maaşlarını oğurlayaraq, Çexiyada dəbdəbəli həyat sürüblər, oradan gətirdikləri insanları isə Britaniyada su sızan anbarda və isidilməmiş furqonda yaşadıblar.
Cinayətkarlar 16 nəfəri yaralayıb, onlardan bəziləri 2012-ci ildən bəri Britaniyanın böyük supermarketlərini çörək məhsulları ilə təmin edən fabrikdə işləyib.
Pavel adlı zərərçəkənlərdən biri dehib: “İnanıram ki, “McDonald’s” hərəkət etmədiyi üçün məni qismən istismar edib”.
O, 2016-cı ildə Çexiyada evsiz qalarkən qul tacirlərinin qurbanı olub. Pavelin sözlərinə görə, təcavüzkarlar pasportunu götürərək, onu videokuzatuv kameraları vasitəsilə izləyib, telefon və internetdən istifadə etməyi qadağan ediblər. İstismarçılar həftədə 70 saat işləməsinə baxmayaraq, ona gündə bir neçə funt-sterlinq pul veririblər.
Dəstə qurbanlarına mal-qara kimi yanaşır və onlara minimum miqdarda yemək verirmiş. Pavel xatırlayır ki, həmin şəhərdə çoxlu dostları var olub, buna görə də qurbanlar qaçıb Çexiyaya qayıtmaqdan qorxublar. Əgər qaçmağa qərar versələr, onların izinə düşərək Böyük Britaniyaya qaytarıblar. Sonda zərərçəkənlər Çexiya polisi ilə əlaqə saxlamağın yolunu tapıblar. Polis daha sonra hər şeyi ingilis həmkarlarına xəbər verib.