Bu gün İslam həmrəyliyi oyunları əməliyyat komitəsi ictimaiyyətə Bakı-2017-nin rəsmi maskotlarını təqdim edib.
Bu gün İslam həmrəyliyi oyunları əməliyyat komitəsi ictimaiyyətə Bakı-2017-nin rəsmi maskotlarını təqdim edib.
TİA.AZ xəbər verir ki, Azərbaycanımızın milli sərvəti, dünyanın bir çox ölkələrində gözəllikləri ilə göz oxşayan Qarabağ atları bu gündən İslam həmrəyliyi oyunlarının maskotları olaraq cəmiyyətə nümayiş olunur.
İncəlik və cəsurluğu özündə xarakterizə edən Qarabağ atları oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, eyni zamanda Bakı-2017-nin simaları olacaqlar.
“İncə”, zəriflik və gözəllik nümunəsi olması ilə bərabər, eyni zamanda incəliyi və məlahəti ilə diqqət cəlb edir. “İncə” özündə millilik və müasirliyi məharətlə cəmləyir.
Məharətli, mərd və məqsədyönlü “Cəsur”, digər Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan “Cəsur” mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə də ön sıralardadır.
Bu gündən etibarən Bakı-2017-nin maskotları olacaq “İncə” və “Cəsur” oyunlar öncəsi və zamanı əhalimizi oyunların bir parçası olmağa ruhlandırmaqla yanaşı, eyni zamanda mərkəz və regionlarımızda əsl idman bayramı əhval ruhiyyəsi yaradacaqlar.
Qeyd edək ki, maskotlar artıq illüstrasiya şəklində yaradılıb və tezliklə animasiyalı, eləcə də real görünüşə sahib olaraq İslam həmrəyliyi oyunlarının tədbirlərinə rəng qatacaqlar.