Çeşmədə “eşşək” turizmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Izmirin Çeşmə bölgəsi yaxınlığında yerləşən Karaada Adasında yaşayan eşşəklər yerli və xarici turistlərin diqqətini cəlb edir.
 

Izmirin Çeşmə bölgəsi yaxınlığında yerləşən Karaada Adasında yaşayan eşşəklər yerli və xarici turistlərin diqqətini cəlb edir. Qayıq turları ilə adaya gələnlər eşşəklərin şəkil və videosunu çəkir, selfi çəkdirir, sosial mediadan bunları paylaşırlar. İzmirin Konak bölgəsində maşın girməyən dar küçələrdə zibil daşıyarkən “təqaüdə” göndərilən eşşəklər daha sonra bu bölgədəki Karaada Adasına göndərilib.

 

O illərdə burada içməli suyu olmayan eşşəklər ancaq adaya baş çəkənlərin verdikləri yeməklərlə qidalana bilirdi. Eşşəklərdən bəzilərinin pis niyyətli insanlar tərəfindən əti kəsilməsi də həmin vaxt gündəmi məşğul edib. İndi isə onlar “selfie qəhrəmanlarıdır” və insanlar bu adaya məhz eşşəklərlə şəkil çəkdirmək üçün baş çəkirlər.