“Çermet” körpüsündə çatlar yaranıb? – Foto

“Çermet” körpüsündə çatlar yaranıb? – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “Çermet” körpüsü kimi tanınan yol ötürücüsünün sütunlarının birində çatların yarandığı və aqlay üzlük daşının töküldüyü iddia olunur.

Tribuna xəbər verir ki, bu barədə Oxu.az-a vətəndaşlar müraciət ediblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, körpü konstruksiyasını saxlayan sütun üzlük daşların yapışdırılması məqsədilə əvvəlcədən vurulmuş beton təbəqəsinin içərisində yerləşir:
“Sütunun ümumi konstruktiv vəziyyəti qənaətbəxş hesab olunur, hər hansı deformasiya, çat və ya dağılma əlamətləri müşahidə olunmur. Üzlük daşların bərkidilməsi üçün istifadə edilən sement əsaslı yapışdırıcı zaman keçdikcə xarici mühitin təsiri (nəmişlik, temperatur fərqləri, günəş radiasiyası və s.) nəticəsində təbii eroziya prosesinə məruz qala bilər. Bunun nəticəsində yapışdırıcı təbəqədə qopma və ya səthdən ayrılma hallarının yaranması mümkündür. Bu hadisə materialın fiziki-kimyəvi xüsusiyyətlərindən irəli gələn normal proses hesab olunur və hazırda konstruksiyanın dayanıqlığına təsir göstərmir”.