Cərimələnən şəxs AYNA-nə məhkəməyə verdi

Cərimələnən şəxs AYNA-nə məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin verdiyi qərardan məhkəməyə şikayət olunub.

Triburainfo.az xəbər verir ki, qərardan şikayəti Rüstəmov İlkin Əjdər oğlu verib. İşin mahiyyəti parklanma qaydası ilə bağlı olub. Belə ki, qərardan şikayət verən şəxs nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə nəzərdə tutulan on manat məbləğində cəriməni haqsız hesab edir.
20 iyun tarixində Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə işə baxılacaq.

Nigar