Cənubi Sudanda təyyarə qəzası baş verib.
Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 21 sərnişin və ekipaj üzvü olub.
Hadisə nəticəsində pilot da daxil olmaqla 18 nəfər həlak olub.
Sağ qalan 3 nəfərdən biri Malayziya, digər ikisi isə Cənubi Sudan vətəndaşıdır.
Hazırda xilasetmə işləri və araşdırmalar davam etdirilir.