backend

“CƏNUBİ QAFQAZDA MÜHARİBƏNİN OLMASINI İSTƏMƏYƏN İLK DÖVLƏT…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda 1994-cü ildən bəri hər gün itkilər baş verir, hər gün cəbhədə əsgərlər şəhid olurlar. 

Qarabağda 1994-cü ildən bəri hər gün itkilər baş verir, hər gün cəbhədə əsgərlər şəhid olurlar.

Bu sözləri TİA.AZ-a açıqlamasında ABŞ Milli Kəşfiyyat İdarəsinin dünyadakı risklər barədə hesabatında qurumun direktoru Daniyel Koutsun Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər sözlərinə münasibət bildirərkən politoloq Zaur Məmmədov deyib:

“Faktiki olaraq bu gün də Qarabağda döyüşlər davam edir. Beynəlxalq hüququ nəzərə alaraq, Azərbaycan tam haqlı olaraq, öz işğal olunmuş torpaqlarını terrorçu qüvvələrdən azad etmək hüququna malikdir. Bunu bir neçə il əvvəl ABŞ – la yanaşı dünyanın digər lider dövlətləri də deyirlər. 2017-ci il bütün dünyada çox sərt bir il olacaq. İqtisadi, hərbi, siyasi partlayışların şahidiyik. Dünyada yeni nizam qurulur. Hərbi əməliyyatların başlanılması bir qığılcım məsələsidir. Bu mənada ABŞ Milli Kəşfiyyat İdarəsinin dünyadakı risklər barədə hesabatında qurumun direktoru Daniyel Koutsun dediklərinə ABŞ və Rusiya ciddi yanaşmalıdırlar. Ümumiyyətlə, Cənubi Qafqazda müharibənin olmasını istəməyən ilk dövlət Rusiya olmalıdır. Bu isə tərəflərdən birinə təzyiq etməklə yox, konstruktivlik, obyektivlik nümayiş etdirməklə mümkündür”.

İlahə