CƏNUBİ QAFQAZDA BİZ “ZƏRƏR VERMƏ” PRİNSİPİNİ RƏHBƏR TUTURUQ – LAVROVbackend

CƏNUBİ QAFQAZDA BİZ “ZƏRƏR VERMƏ” PRİNSİPİNİ RƏHBƏR TUTURUQ – LAVROV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Cənubi Qafqazda “zərər vermə” prinsipini rəhbər tutur, lakin regiondakı bütün oyunçular bu prinsipi bölüşmür.

Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Biz “zərər vermə” kimi xarakterizə edilə bilən prinsipi və ən əsası, ilk növbədə üç liderin prinsipial razılaşmaları çərçivəsində yaranan bütün problemlərin həllinə töhfə vermək prinsipini rəhbər tuturuq. Onların dörd bəyanatı var”, – Lavrov bildirib.

Rusiya XİN rəhbəri əlavə edib ki, digər prinsip region ölkələri arasında qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsidir.

“Bütün oyunçular eyni prinsipləri rəhbər tutmur, xüsusən də Cənubi Qafqazdan uzaqda olanlar”, – Lavrov deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Avropa İttifaqının Ermənistan ərazisindəki mülki missiyasına da toxunub. Lavrovun fikrincə, bu, “legitimliyi baxımından bir çox suallar doğurur”.