CƏNUBİ KOREYADA MÜƏLLİMLƏR HƏFTƏLƏRDİR KÜÇƏLƏRDƏ ETİRAZ EDİR

CƏNUBİ KOREYADA MÜƏLLİMLƏR HƏFTƏLƏRDİR KÜÇƏLƏRDƏ ETİRAZ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun sonunda 23 yaşlı Cənubi Koreyalı ibtidai sinif müəllimi Li Min So işdə yaşadığı çətinliklərə görə intihar edib və bu , ölkədə müəllimlərin iş şəraitini müzakirəyə çıxarıb.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, ölkədə son 6 ildə intihar edən müəllimlərin sayı 100-ə yaxınlaşdığı halda, bu gün minlərlə müəllim iş şəraitinin yaxşılaşdırılması üçün tətilə çıxıb.

Linin ölümündən sonra müəllimlər hər həftə sonu Seulda kütləvi nümayişlər keçirdilər və şənbə günü nümayişə 200 mindən çox adam qatıldı.

Cənubi Koreyalı müəllimlər xüsusilə tələbələrin valideynləri tərəfindən böyük təzyiq altında olduqlarını, tələbələrin daim ailələri tərəfindən çağırıldığını və haqsız şikayətlərə məruz qaldıqlarını bildirirlər.

Linin ölümündən sonra hadisəni detektiv kimi izləyən əmisi oğlu Park Du-yong gənc müəllimin gündəliklərinə daxil olmuş və Linin intihar etməzdən əvvəlki aylar ərzində valideynləri tərəfindən təzyiqlərə məruz qaldığını açıqlamışdı.

İbtidai sinif müəllimləri buna səbəb kimi 2014-cü ildə qəbul edilmiş uşaqların rifahı haqqında qanunu göstərirlər. Müəllimlər uşaq istismarında ittiham olunan müəllimin avtomatik işdən çıxarılmasını nəzərdə tutan qanunun valideynlər tərəfindən zorakılığa məruz qaldığını iddia edirlər.

Çünki zorakılıq edən uşağa mane olan müəllim fiziki zorakılıqda, uşağı danlayan müəllim isə emosional zorakılıqda ittiham oluna bilər və belə olan halda təqsirləndirilən müəllim araşdırma aparılmadan işdən azad edilir.