Cənubi Koreya Yaponiyanı ölkənin dəniz özünümüdafiə qüvvələri tərəfindən istifadə edilən və Asiya ölkələrində yapon millitarizmi ilə eyniləşdirilən Doğan günəş bayrağından Beynəlxalq donanma baxışı zamanı imtina etməyə çağırıb.
Oxu.Az xəbər verir ki, 15 ölkənin iştirak edəcəyi tədbir Cənubi Koreyanın Çedjudo adasında 10-14 oktyabrda keçiriləcək.
Daha öncə Yaponiyanın müdafiə naziri İtsunori Onodera Cənubi Koreyanın təklifini sərt tənqid edərək bildirib ki, ölkənin hərbi gəmiləri mövcud qanunlara görə göyərtələrində sözügedən bayrağı qaldırmalıdır.
Hazırda Yaponiya dəniz özünümüdafiə qüvvələri tərəfindən istifadə edilən bayraq İmperator
Yaponiyası bayrağı ilə tamamilə eyni olmasa da, ona çox bənzəyir və elə bu səbəbdən də Asiya ölkələrində yapon militarizmi ilə assosiasiya yaradır.