Cənubi Koreya prezidenti Yoon Suk-yeol martın 16-da Tokioya səfəri zamanı Yaponiyanın baş naziri Fumio Kişida ilə danışıqlar aparacaq.
Tribunainfo.az Reuters-ə istinadən xəbər verir ki, səfər barədə Koreya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri brifinqdə məlumat verib.
Koreya liderinin səfəri iki gün davam edəcək və Cənubi Koreya rəhbərinin son 12 ildə Yaponiyaya ilk səfəri olacaq. Yaponiyanın Cənubi Koreya ilə yaxınlaşması ABŞ-ın Asiya-Sakit okean regionunda tərəfdaşlarını konsolidasiya etmək səyləri fonunda baş verir.
Yoonun milli təhlükəsizlik üzrə müşaviri Kim Suk brifinqdə deyib: “Bu səfər… Cənubi Koreya və Yaponiya arasında inaqurasiyadan sonra Yoon administrasiyası tərəfindən dəstəklənən münasibətlərin yaxşılaşdırılmasında mühüm mərhələ olacaq”.