Cənubi Koreya fövqəladə vəziyyət elan etdi

Cənubi Koreya fövqəladə vəziyyət elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya prezidenti Yoon Suk Yeol ölkəsinin aşağı doğum səviyyəsinin qarşısını almaq üçün “demoqrafik milli fövqəladə vəziyyət” elan etdiyini açıqlayıb.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Yonhap xəbərlərinin verdiyi məlumata görə, prezident Yoon paytaxt Seulun cənubunda yerləşən Seongnam-a səfər edib.

Mərkəzdə keçirilən görüşdə “aşağı doğum səviyyəsi və əhalinin qocalması” mövzusunda çıxış edib.

Hökumətin aşağı doğum nisbəti ilə mübarizə üçün hər cür səy göstərəcəyini ifadə edən Yoon, “Bu gün rəsmi olaraq demoqrafik milli fövqəladə vəziyyət elan edirəm. Aşağı doğum nisbəti problemi aradan qaldırılana qədər hərtərəfli müdaxilə sistemini işə salacağıq”, – deyib.